Haqqımızda

Xaricdə təhsilin açarı – EL-BE Group!

EL-BE Group-a xoş gəlmisiz!

EL-BE Group – təhsildə gələcəyini xaricdə qurmaq istəyən gənclərin etibarlı yol yoldaşıdır. Biz, illərin təcrübəsinə və yüzlərlə uğurlu tələbə hekayəsinə əsaslanaraq, xaricdə təhsil almaq istəyənlərə tam və peşəkar xidmət göstəririk.

Əsas məqsədimiz – tələbələrin arzularına gedən yolda onlara düzgün istiqamət vermək, qəbul prosesini asanlaşdırmaq və onların xarici universitetlərdə təhsil almağına şərait yaratmaqdır. Bu məqsədlə sənədlərin hazırlanması, universitet seçimi, müraciət prosesi, viza dəstəyi və yerləşdirmə kimi bütün mərhələlərdə tələbələrin yanındayıq.

Türkiyə, Rusiya, Ukrayna, Polşa, İtaliya, Macarıstan, Gürcüstan və daha bir çox ölkədəki nüfuzlu universitetlərlə əməkdaşlıq edirik. Hər bir tələbəyə fərdi yanaşma göstərərək, onun istedadı, dil biliyi və maraq sahəsinə uyğun ən uyğun universitet və ixtisas seçimini təklif edirik.

EL-BE Group yalnız qəbul prosesində deyil, həmçinin tələbənin yeni ölkəyə uyğunlaşmasında, yaşayışla bağlı məsələlərdə və gələcək karyera planlamasında da dəstəyini əsirgəmir. Bizim üçün vacib olan, tələbənin yalnız universitetə qəbul olunması deyil, həm də uğurlu və xoşbəxt tələbə həyatı yaşamasıdır.

Peşəkar komandamız, daim yenilənən məlumat bazamız və beynəlxalq partnyorlarımız sayəsində sizə ən doğru və effektiv təhsil imkanlarını təqdim edirik.

Bizə güvənən yüzlərlə tələbə bu gün artıq müxtəlif ölkələrdə təhsil alır, diplomlarını qazanır və uğurlu karyera qururlar. Siz də onlardan biri ola bilərsiniz!
EL-BE Group – Təhsilinlə gələcəyini qur!

Prosess necə baş verir?

100+ fakültə və ixtisas

01

Universitet və fakültə seçib sənədləri bizə təqdim edirsiz

02

Müraciyıtinizi qəbul edib sənədlərinizi universitetə yönləndiririk

03

Və budur! Siz artıq tələbəsiz!

Təhsil səyahətinizə bu gün başlayın!

Beynəlxalq Universitetlərlə Tərəfdaşlıq​

EL-BE Group dünyanın 200-dən çox tanınmış universiteti ilə rəsmi əməkdaşlıq edir. Bu, sizə birbaşa qəbul və güvənli təhsil prosesinə zəmanət verir.

Tam Təhsil Xidməti Paketi​

Biz sənədlərin hazırlanmasından viza dəstəyinə, yaşayış təşkilindən təqaüd müraciətinə qədər bütün mərhələlərdə sizə tam dəstək göstəririk.

Təcrübəli Komanda və Şəxsi Yanaşma​

Hər tələbənin məqsəd və potensialını nəzərə alaraq fərdi məsləhət və planlaşdırma təqdim edirik. Bizimlə hər addımınız peşəkar şəkildə müşayiət olunur.

Yüzlərlə Uğurlu Məzun​

Bizim vasitəmizlə xaricdə təhsil almış yüzlərlə tələbə bu gün müxtəlif ölkələrdə uğurla oxuyur və işləyir. Onların uğurları bizim ən böyük göstəricimizdir.

Rəylər

Niyə məhs EL-BE Group?

EL-BE Group — xaricdə təhsil üzrə yüzlərlə beynəlxalq universitetin rəsmi tərəfdaşıdır!
Biz sizə Türkiyə, Rusiya, Polşa, İtaliya, Macarıstan və digər ölkələrdə tanınmış ali məktəblərə birbaşa və zəmanətli qəbul imkanı təqdim edirik.
Peşəkar yanaşma, təcrübəli komanda və geniş partnyor şəbəkəmizlə təhsil arzularınızı reallaşdırmaq artıq çox asandır!

  • Peşəkarlıq
  • Etibar
  • Təcrübə
  • Qlobal baxış

Tələbələr üçün

Əziz tələbələr, xaricdə təhsil sizin gələcəyiniz üçün böyük bir investisiyadır — düzgün seçim etmək üçün vaxtında araşdırma aparın və peşəkarlarla məsləhətləşin. Hədəfinizi dəqiq müəyyənləşdirin və ona doğru addım-addım inamla irəliləyin!

Partnyorlara

EL-BE Group xaricdə təhsil sahəsində fəaliyyət göstərən agentliklər, məktəblər və fərdi məsləhətçilərlə uğurlu və uzunmüddətli əməkdaşlığa açıqdır.

Bizim partnyorlar